Saytımızı qiymətləndirin


 
 

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırma mərasimi keçirilib
Tarix: 05-07-2024 | Saat: 17:49
Bölmə:Karusel / Təhsil | çapa göndər

Bu gün imtahan var

 

 

Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb.

Qarabaginfo.az xəbər verir ki, bu gün Bakı Konqres mərkəzində keçirilən mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, dövlət və özəl qurumların rəsmiləri, şagird və valideynlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra respublika fənn olimpiadaları barədə videoçarx nümayiş etdirilib.

Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, bu günün qalibləri gələcəkdə ölkəmiz və xalqımız üçün faydalı işlər görən, qərar qəbul edən insanları olacaqlar:

"Son illər hər il beynəlxalq olimpiadalarda medallar əldə edirik. Ümid edirəm, beynəlxalq riyaziyyat və informatika olimpiadalarından da medallar əldə edə bilərik. Bunu biz uzun müddətdir ki, gözləyirik".

Nazir əlavə edib ki, bu ümidləri də respublika fənn olimpiadalarının qalibi olan şagirdlər doğrultmalıdırlar.

Mərasimdə respublika fənn olimpiadalarında ən yüksək nəticə göstərmiş 8 qızıl medalçıya – “Birincilərin birincisi”nə, ümumilikdə olimpiada qaliblərinə diplom və mükafatlar təqdim olunub.

Bildirilib ki, 2023-2024-cü tədris ilində Respublika Fənn Olimpiadalarında 8 fənn və 2 yaş qrupu üzrə ümumilikdə 491 nəfər şagird qalib adına layiq görülüb.

Tədbir çərçivəsində musiqi nömrələri də səsləndirilib.



Xəbəri paylaş

1106 dəfə oxunub.

Digər xəbərlər