Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur
Tarix: 04-07-2024 | Saat: 22:29
Bölmə:Karusel / Dünya | çapa göndər
1128 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 04-07-2024 | Saat: 22:29
Bölmə:Karusel / Dünya | çapa göndər
Macarıstanın Avropa İttifaqı adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur.
Qarabaginfo.az xəbər verir ki, bunu Avropa Şurasının səlahiyyət müddəti başa çatan rəhbəri Şarl Mişel “X” hesabında yazıb.
“Avropa İttifaqının ardıcıl sədrliyinin Aİ adından Rusiya ilə qarşılıqlı əlaqəyə malik olmaq mandatı yoxdur”, - Mişel vurğulayıb.
Mişel onu da əlavə edib ki, Ukrayna olmadan Ukrayna ilə bağlı hər hansı müzakirə aparıla bilməz.
Qeyd edək ki, Macarıstan hazırda Aİ Şurasına sədrlik edir.
Bir neçə gün öncə Macarıstanın Baş naziri Viktor Orban Kiyevə səfər edib. Hazırda isə mətbuatda Orbanın Moskvaya səfər edəcəyi barədə də məlumatlar yayılıb.
Xəbəri paylaş
Digər xəbərlər
2-07-2025, 19:46
Xüsusi İcra Məmurlarının Palatası yaradılacaq
17-03-2022, 07:22
NATO Ukraynaya sülhməramlı missiya göndərə bilər
26-08-2023, 13:49
Şossedə qəza oldu, "Koroğlu"da tıxac yarandı
21-08-2024, 08:02
Rusiya Cenevrə Konvensiyasının ildönümü münasibətilə İsveçrənin dəvətini rədd edib
14-12-2017, 16:05
Şeyxin qudasının oğluna 4 il iş istədilər
6-05-2023, 14:19
Daha 2 vəzifəli polis işdən kənarlaşdırıldı
2-03-2025, 20:11
London Sammiti başlayıb
12-06-2026, 06:57
ABŞ maliyyə naziri: Dondurulmuş İran aktivləri Körfəz ölkələrinə kompensasiya üçün istifadə olunacaq

















