Tarix: 04-07-2024 | Saat: 09:34
Bölmə:Karusel / Dünya | çapa göndər
Məşhur abidələrin bu fotoşəkilləri bir çoxunuzu təəccübləndirəcək.
Qarabaginfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hər kəsin tanıdığı bu abidələr illər keçdikcə müxtəlif dəyişikliklərə məruz qalıb.
Həmin tikililərdən bir neçəsinin əvvəlki və sonrakı görüntülərini təqdim edirik:
Azadlıq Heykəli, Nyu-York:
Mis heykəl mövcudluğunun ilk 30 ili ərzində nəzərəçarpacaq dərəcədə rəng dəyişib, orijinal qəhvəyi-qırmızı rəngini itirib.
Qaranquş yuvası, Krım: 1904 və indi
Milyonçu Sergey Rahmanov 1911-ci ildə uçurumun yaxınlığındakı torpaq sahəsini almazdan əvvəl “Qaranquş yuvası” qırmızı rəngə boyanmış daş ev idi. Rahmanovun dövründə bina qalayabənzər görünüş aldı.
Linkoln Memorial, Vaşinqton:
Əvvəlki görünüşü daha çox xarabalığı xatırlatdığı üçün sonradan həyətyanı sahəsində süni göl yaradıldı.
Konqres Binası, Vaşinqton: 1846 və indi
19-cu əsrin ortalarında Konqres binası məqbul genişlikdə deyildi. İlk olaraq sahəsi genişləndirildi sonra isə günbəzi daha nəzərəçarpan hala salındı.
Əvvəl
Sonra
Moskva Kremli, 1842 və indi
Kreml divarları əvvəllər ağ rəngdə idi. 1880-ci illərin əvvəllərində divarları ağartmağı dayandırdılar və indi onlar daim qırmızıya boyanırlar.
Eyfel qülləsi, Paris: 1925 və indi
1925-ci ildən 1934-cü ilə qədər qüllədən dünyanın ən böyük reklam lövhəsi kimi istifadə olunurdu.
Digər xəbərlər