Ana Sayfa > Karusel / Dünya > Bildiyiniz abidələrin - Bilinməyən tərəfləri

Bildiyiniz abidələrin - Bilinməyən tərəfləri


4-07-2024, 09:34. Yazar: Admin

bildiyiniz-abidelerin

Məşhur abidələrin bu fotoşəkilləri bir çoxunuzu təəccübləndirəcək.

Qarabaginfo.az “Qafqazinfo”ya istinadən  xəbər verir ki, hər kəsin tanıdığı bu abidələr illər keçdikcə müxtəlif dəyişikliklərə məruz qalıb.

Həmin tikililərdən bir neçəsinin əvvəlki və sonrakı görüntülərini təqdim edirik:

Azadlıq Heykəli, Nyu-York:

Mis heykəl mövcudluğunun ilk 30 ili ərzində nəzərəçarpacaq dərəcədə rəng dəyişib, orijinal qəhvəyi-qırmızı rəngini itirib. 

Qaranquş yuvası, Krım: 1904 və indi

Milyonçu Sergey Rahmanov 1911-ci ildə uçurumun yaxınlığındakı torpaq sahəsini almazdan əvvəl “Qaranquş yuvası” qırmızı rəngə boyanmış daş ev idi. Rahmanovun dövründə bina qalayabənzər görünüş aldı.

Linkoln Memorial, Vaşinqton:

Əvvəlki görünüşü daha çox xarabalığı xatırlatdığı üçün sonradan həyətyanı sahəsində süni göl yaradıldı.

Konqres Binası, Vaşinqton: 1846 və indi

19-cu əsrin ortalarında Konqres binası məqbul genişlikdə deyildi. İlk olaraq sahəsi genişləndirildi sonra isə günbəzi daha nəzərəçarpan hala salındı.

Əvvəl

Sonra

Moskva Kremli, 1842 və indi

Kreml divarları əvvəllər ağ rəngdə idi. 1880-ci illərin əvvəllərində divarları ağartmağı dayandırdılar və indi onlar daim qırmızıya boyanırlar.

Eyfel qülləsi, Paris: 1925 və indi

1925-ci ildən 1934-cü ilə qədər qüllədən dünyanın ən böyük reklam lövhəsi kimi istifadə olunurdu.


Geri dön