Xüsusi Təyinatlı Qüvvələrə (XTQ) yeni komandan təyin edilib.

Qarabaginfo.az xəbər verir ki, Unikal.az-ın əldə etdiyi məlumata görə, XTQ-nin komandiri vəzifəsinə polkovnik Ələkbər Cahangirov təyinat alıb.

O, uzun müddət XTQ-də xidmət edib. Ə.Cahangirov "Cəbrayılın azad edilməsinə görə", "Şuşanın azad olunmasına görə", "Azərbaycan Bayrağı", "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif olunub. 

Qeyd edək ki, Ə.Cahangirov Vətən müharibəsi qəhrəmanıdır.