Saytımızı qiymətləndirin


 
 

5 günlük bayram tətili başlayıb
Tarix: 15-06-2024 | Saat: 11:24
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

5 günlük bayram tətili başlayıb

Azərbaycanda bayram tətili başlayıb.

 

Qarabaqinfo.az-ın məlumatına görə, Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq.

 

15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür.

 

Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 9 dekabr 2023-cü il tarixli qərarına əsasən, bu il iyunun 16, 17-si Qurban bayramı günləri müəyyən edilib.

 

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

 

Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun qeyri-iş günləri olacaq. Beləliklə, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixlərində iş olmayacaq.

 


Xəbəri paylaş

165 dəfə oxunub.

Digər xəbərlər