Saytımızı qiymətləndirin


 
 

Əhmədin işini bu hakim araşdıracaq
Tarix: 12-06-2024 | Saat: 17:50
Bölmə:Karusel / Kriminal | çapa göndər

ehmedin-isini-bu-hakim-arasdiracaq

Xəbər verdiyimiz kimi, ikisi uşaq olmaqla beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qarabaginfo.az xəbər verir ki, cinayətin ağırlığına görə cəmiyyətdə geniş müzakirə mövzusuna çevrilən iş hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılacaq. 

Səbinə Məmmədzadə iki il əvvəl hakim təyin edilib. Xanım hakim fəaliyyəti ərzində ictimaiyyətin diqqət mərkəzində olan bir neçə cinayət işi üzrə hökm çıxarıb. 

Qeyd edək ki, 25 yaşlı Əhməd Əhmədov valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur. Ekspert rəyləri ilə onun hadisə törədərkən anlaqsız vəziyyətdə olduğu təsdiq edilib.



Xəbəri paylaş

1156 dəfə oxunub.

Digər xəbərlər