Saytımızı qiymətləndirin


 
 

Neftçalada avtobus və taksilərdə tibbi maskadan istifadə ilə bağlı reyd keçirilib
Tarix: 17-12-2021 | Saat: 23:12
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Neftçalada avtobus və taksilərdə tibbi maskadan istifadə ilə bağlı reyd keçirilib

Neftçalada ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülərə qarşı yol polisi profilaktik tədbirlər keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb.

Yol polisləri onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlar veriblər.

Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər də aşkarlanıb.

Qaydaları pozan sürücü və sərnişinlər barəsində inzibati tənbeh tədbirləri görülüb.



Xəbəri paylaş

1230 dəfə oxunub.

Digər xəbərlər