Saytımızı qiymətləndirin


 
 

Simonyan Blinkenin köməkçisinin səfəri ərəfəsində Rusiyanın ünvanına sərt ittihamlar səsləndirib
Tarix: 10-06-2024 | Saat: 16:50
Bölmə:Karusel / Dünya | çapa göndər

Simonyan Blinkenin köməkçisinin səfəri ərəfəsində Rusiyanın ünvanına sərt ittihamlar səsləndirib

ABŞ dövlət katibinin köməkçisinin İrəvana səfəri zamanı Ermənistan parlamentinin spikeri Alen Simonyan onunla görüşdə Rusiyanın ünvanına bir sıra ittihamlar səsləndirib.

Qarabaginfo.az Ermənistan istinadən xəbərinə görə, o, rəsmi Moskvanı ölkəsinə verdiyi vədləri yerinə yetirməməkdə günahlandırıb.

“Ermənistan son ana qədər uşaq saflığı ilə inanırdı ki, Rusiya onu və erməni xalqını yalqız qoymayacaq”, o qeyd edib.

Simonyan KTMT ilə bağlı məsələyə də münasibət bildirib: “Qoy KTMT son 2-3 ildə götürdüyü öhdəlikləri yerinə yetirsin, daha sonra isə maliyyə öhdəliklərimizdən danışsın. Bir müdrik deyim var: “Kimin inəyi səsini çıxarsa da, sənin inəyin sussun”.

Qeyd edək ki, ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen 10-12 iyun tarixləri arasında Ermənistana səfər edəcək.



Xəbəri paylaş

160 dəfə oxunub.

Digər xəbərlər