Saytımızı qiymətləndirin


 
 

“Ermənistanla Rusiya yeni və dərin dialoqa ehtiyac duyur”- Arxiyepiskop Baqrat
Tarix: 07-06-2024 | Saat: 17:37
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ermənistanla Rusiya arasında münasibətlərdə böhran var, ölkələr mövcud razılaşmalar əsasında yeni və dərin dialoqa ehtiyac duyurlar.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın “Vətən naminə Tavuş” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat xarici media ilə keçirdiyi mətbuat konfransında deyib.

“Ermənistanın Rusiya ilə müqavilə-hüquqi əlaqələri var. Baxmayaraq ki, bu gün bu münasibətlər, yaxşı vəziyyətdə deyil və əhəmiyyətli dərəcədə zədələnib. Münasibətlərimiz son dərəcə dərin dialoqa və qarşılıqlı anlaşmaya ehtiyac duyur. Biz bütün bu məsələləri qarşılıqlı anlaşma və dialoq səviyyəsində həll etməyə hazır olmalıyıq”, – Baqrat deyib.

Arxiyepiskopun sözlərinə görə, Ermənistanın hər şeydə erməni maraqlarını nəzərə almalıdır.



Xəbəri paylaş

181 dəfə oxunub.

Digər xəbərlər