Tarix: 06-06-2024 | Saat: 17:05
Bölmə:Karusel / Region | çapa göndər
Bu gün çoxqütblü dünya sistemi qurulur”.
Qarabaginfo.az xəbər veir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş TÜRKPA-nın 13-cü Plenar İclasında deyib.
O bildirib ki, türk dünyası bu gün yüksəlişini yaşayır: “Bunun bir səbəbi mövcud olan dünya sisteminin dəyişməsidir. Bu gün Türk dünyası göz qamaşdıran gücə sahibdir. əsas odur bu gücdən istifadə edib ortaya nəticə qoya bilək. Hər cür imkana, potensiala sahib olan Türk dünyası qarşımızdadır. Bəzən imkanlar, fürsətlər olsa da siyasi iradə olmaya bilər. Çox şükür bu gün türk dövlətləri arasında siyasi iradə birliyi və bərabərliyi təmin etmək üçün kifayət edir. Türk dünyası gələcəyin əsas güclərindən biri olacaq. Türk dünyasının güclənməsi dünya barışını təmin edəcək əsas məqamlardan biri olacaq. 300 milyonluq türk dünyası və bunun xarcində olan dostlarımızla birlikdə yeni ədalətli nizamı qurmaqda dəstəyini ortaya qoyacaq. Çox qısa müddətdə TÜRKPA-nın da Macarıstan və Şimali Kipr Türk Cumhuriyyətinin də əsas üzv olması ilə genişlənəcəyini görəcəyik”.
Digər xəbərlər