Tarix: 04-06-2024 | Saat: 12:01
Bölmə:Karusel / Gündəm | çapa göndər
Çoxtərəfliliyi effektiv həyata keçirə bilərik.
Qarabaqinfo.az-ın xəbərinə görə, bunu COP28-in prezidenti Sultan Ahmed Al Jaber Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil&Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power”in açılışında bildirib.
Sultan Ahmed Al Jaber qeyd edib ki, bu gün BƏƏ və Azərbaycan 3 yeni bərpa olunan layihənin - 445 MVt günündə Biləsuvar Günəş Elektrik Stansiyası, 240 MVt günündə Abşeron-Qaradağ Külək Elektrik Stansiyası və 315 MVt günündə Neftçala Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimini həyata keçirəcək:
“COP29-un uğurla keçəcəyinə inanırıq. Özəl sektor yaşıl enerji sahəsindən kənarda qalmamalıdır. SOCAR-ın da bu istiqamətdə təşəbbüslərini xüsusi qeyd etmək istəyirəm. Təmiz enerji sahəsində qısa müddətdə böyük nəticələr əldə edə bilərik, bunun üçün əlimizdə texnologiyalar var. Hər kəsə üzümü tuturam ki, müsbət və praqmatik olun. Təmiz enerjiyə keçid müxtəlif məkanlarda müxtəlif templərlə baş tutacaq. Artan enerji tələbatını qarşılamaq üçün hər cür enerji mənbələrinə ehtiyacımız var”.
Sultan Ahmed Al Jaber bildirib ki, süni intellektin sürətli inkişafı təmiz enerjiyə keçidi sürətləndirmək baxımından önəmlidir:
“Süni intellektlə enerji arasında əməkdaşlığın genişlənməsi böyük uğurlar üçün önəmlidir. Beynəlxalq maliyyə institutlarının, özəl sektorun üzərinə də böyük məsuliyyət düşür. Özəl sektor bu sahələrə qoyulan milyardları trilyonlara çevirməlidir”.
Digər xəbərlər