Saytımızı qiymətləndirin


 
 

Rusiya üçün faciəvi nəticə - 10 illik savaşda bu qədər general ölməmişdi...
Tarix: 27-03-2022 | Saat: 16:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiyanın Ukraynada başlatdığı müharibə Moskva üçün gözlənilməz nəticələrə gətirib çıxardı. Hərbi əməliyyatların ilk vaxtlarında "Ukraynanı cəmi bir neçə günə alacağıq" mesajı özünü doğrultmadı. Ukraynanın gözlənilməz müqavimətilə rastlaşan Rusiya qoşunları geridə qalan bir ay ərzində çoxsaylı itkilər verdi, xeyli sayda hərbi texnika və silah-sursat müdafiə qüvvələri tərəfindən qənimət kimi ələ keçirildi.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün yaydığı rəsmi məlumata görə, indiyədək döyüşlərdə 17 minə yaxın rus hərbçisi məhv edilib. Həlak olanlar arasında sıravi əsgərlərlə yanaşı yüksək rütbəli zabitlər də var.

Belə ki, təsdiqlənmiş məlumatlara əsasən, Ukraynada genişmiqyaslı işğal başlayandan bəri yeddi rus generalı döyüş meydanında ölüb. Cəmi bir ay ərzində 7 generalın ölümü Rusiya üçün faciəvi nəticə hesab olunur. 

Müqayisə üçün qeyd edək ki, Əfqanıstanda gedən 10 illik müharibədə beş sovet generalı həlak olmuşdu. Ukraynada 30 günə 7 generalın ölümü Rusiyanın hərbi rəhbərliyinin uğursuzluğu və məğlubiyyəti kimi qiymətləndirilir. 

Ukraynadakı döyüşlərdə məhv edilən rus generalları aşağıdakılardır:

Maqomed Tuşayev;
Andrey Suxovetsky;
Vitali Gerasimov;
Andrey Kolesnikov;
Oleq Mityaev;
Andrey Mordvichev;
Yakova Ryazantsev.

 

Qarabaginfo.az bildirir ki, Ukraynalı hərbi ekspert Oleq Jdanov Modern.az-a açıqlamasında bildirib ki, bir ay ərzində 7 generalın ölümü hətta İkinci Dünya Müharibəsi ilə müqayisədə çox böyük itkidir.

"Bildiyiniz kimi, general Rusiya Federasiyasında ən yüksək hərbi rütbədir. Ukraynada rusiyalı generallar arasında ölüm hallarının artmasının əsas səbəbi zəif təchizat və rabitə əlaqələrinin aşağı səviyyədə olmasıdır.
Rusiya Baş Qərargahı diviziyaya nəzarət orqanlarını qoşunlara mümkün qədər yaxınlaşmağa məcbur edir ki, real mənzərə olsun. Şəxsi heyət döyüş əməliyyatlarında iştirak etməlidir və buna görə də onlar döyüş yerinə mümkün qədər yaxın olmağa məcbur olur. Nəticədə onlar Ukrayna Silahlı Qüvvələrinin atəşinə məruz qalırlar. Rusiya ordusu, komandanlıq birliyi ciddi prinsip əsasında qurulub. İdarəetmə sistemində komandirin rolu həlledicidir. Əlbəttə, onların ölümü şəxsi heyət üçün faciədir”, - deyə ukraynalı hərbi ekspert vurğulayıb.

Xatırladaq ki, Rusiya bu il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, Rusiya ordusu bu günədək döyüşlərdə 16 600 hərbçisini itirib. Bundan başqa, Rusiya qoşunlarının 582 tankı, 1664 zirehli döyüş maşını, 294 artilleriya sistemi, 93 RYAS, 52 hava hücumundan müdafiə sistemi, 121 hərbi təyyarəsi, 127 helikopteri, 1144 nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 73 yanacaq çəni, 56 dronu, 21 xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib.



Xəbəri paylaş

1269 dəfə oxunub.

Digər xəbərlər