Tarix: 31-05-2024 | Saat: 12:12
Bölmə:Karusel / Region | çapa göndər
Ukrayna bu gün üç ölkə ilə təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi imzalayacaq.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "X" hesabında bildirib.
Stokholmda səfərdə olduğunu bildirən Prezident Zelenski üçüncü Ukrayna-Şimali Avropa sammitində iştirak edəcəyini deyib:
"Bizim əsas prioritetlərimiz Ukrayna üçün daha çox Hava Hücumundan Müdafiə sistemləri, birgə müdafiə sənayesi layihələri və döyüşçülərimiz üçün silahlar, eləcə də Rusiyanı sülhə məcbur etmək üçün qlobal səyləri təmin etməkdir".
Zelenski bildirib ki, o, İsveçin Baş naziri Ulf Kristersson, Finlandiya Prezidenti Aleksandr Stubb, Danimarkanın Baş naziri Mette Frederiksen, Norveçin Baş naziri Jonas Qahr Störe və İslandiyanın Baş naziri Bjarni Benediktsson ilə həm sammitdə, həm də ikitərəfli qaydada danışıqlar aparacaq.
"Ukrayna bir gündə üç təhlükəsizlik sazişi imzalayacaq, bu, proqnozlaşdırıla bilən və uzunmüddətli müdafiə yardımı və hərtərəfli dəstəyin yaradılmasını nəzərdə tutur", - Ukrayna dövlət başçısı vurğulayıb.
İsveç Kralı XVI Karl Qustav da Zelenskini qəbul edəcək.
Ukrayna Prezidenti müdafiə şirkətlərinin nümayəndələri ilə də görüşəcək.
Digər xəbərlər