Saytımızı qiymətləndirin


 
 

Rusiya PUA hücumlarına qarşı yeni sistem yaradır- 1 milyarda yaxın vəsait ayrılır
Tarix: 30-05-2024 | Saat: 12:41
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya hakimiyyəti PUA hücumlarını əvvəldən müəyyən edən və onların qarşısını alan sistem yaradacaq.

Qarabaginfo.az xəbər verir ki, Rusiya Sənaye və Ticarət Nazirliyi “Antidron” kod adlı sistemlə bağlı müsabiqə elan edib.

Bunun üçün büdcədən 897,3 milyon rubl ayrılması nəzərdə tutulur.

“Vedomosti” yazır ki, bu, dövlət satınalmaları portalında keçirilən tenderdən məlum olub.

Texniki göstəricilərə əsasən, dronların erkən aşkarlanması və ələ keçirilməsi sistemi əhalinin təhlükəsizliyini təmin etmək, mühüm yerüstü obyektləri və hava limanlarını əhatə etmək üçün nəzərdə tutulub. Sistem xüsusi ələ keçirən vasitələrin köməyi ilə onları birbaşa məhv etməlidir.



Xəbəri paylaş

169 dəfə oxunub.

Digər xəbərlər