Saytımızı qiymətləndirin


 
 

Şirvanda Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirildi
Tarix: 19-03-2022 | Saat: 22:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

Şirvanda Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirildi

Bu gün Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın qədim tarixini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə ümumşəhər bayram şənliyi keçirilib.

Qarabaginfo.az xəbər verir ki, tədbirdən öncə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, sənaye müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhid ailələri ilə birlikdə şəhərin mərkəzi meydanında ucalan Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə ehtiram olaraq abidə önünə gül dəstələri düzüblər.

Sonra Şəhidlər Xiyabanı ziyarət olunub, I Qarabağ müharibəsində itkin düşənlərin şərəfinə ucalan abidənin, “Şəhid anası” memorial abidə kompleksinin və şəhid məzarlarının önünə tər qərənfillər düzülüb, şəhidlərin ruhuna dualar oxunub.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Vətən müharibəsinin şəhidi Ruslan Rüstəmovun övladları ilə və itkin əsgər anası Ceyran Məmmədova ilə birlikdə alovlandırdığı möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan insanlar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Bayram şənliyində Şirvan şəhərinin incəsənət ustaları, mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər. Şənlik iştirakçıları milli musiqinin sədaları altında rəqs ediblər.

Şəhərin gənc idmançılarının idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışları izlənilib.

Bayram tədbiri “Cəngi” sədaları ilə başa çatıb.

 






 



Xəbəri paylaş

1256 dəfə oxunub.

Digər xəbərlər