Saytımızı qiymətləndirin


 
 

Qarabağ və Şərqi Zəngəzurda işləyən əcnəbilərin SAYI
Tarix: 08-12-2023 | Saat: 10:17
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Qarabağ və Şərqi Zəngəzurda işləyən əcnəbilərin SAYI

İş icazəsinin verilməsi əmək miqrasiyası kvotası çərçivəsində həyata keçirilir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlər isə bu qaydada istisna təşkil edir.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat yayıb.

 

Bildirilib ki, bu istisna 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədədir:

 

"Miqrasiya qanunvericiliyində bu istiqamətdə yeniliklər olduqda ictimaiyyətə mütəmadi məlumat veriləcək.

01.12.2023-cü il tarixinə işğaldan azad olunmuş ərazilərdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün etibarlı iş icazələrinə malik əcnəbilərin sayı 2943 nəfər təşkil edir. Həmin şəxslərin iş icazəsinin uzadılması işəgötürənlərin müraciətlərinə əsasən həyata keçirilir".

 


Xəbəri paylaş

1111 dəfə oxunub.

Digər xəbərlər