Tarix: 29-05-2024 | Saat: 15:38
Bölmə:Karusel / Dünya | çapa göndər
Qəzza sektorunda hərbi əməliyyatlar ən azı 7 ay sürəcək və qələbəmizlə nəticələnəcək.
Qarabaginfo.az “Ynet” saytına istinadən xəbərinə görə, bunu İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi bildirib.
O deyib ki, əsas məqsəd HAMAS-ın hərbi infrastrukturunun tamamilə dağıdılmasıdır. Şura rəhbərinin sözlərinə görə, ölkəsi hazırda Misirlə Qəzza sektoru sərhədinin əksər hissəsinə nəzarət edir:
“Məqsəd bölgəyə silah-sursat və qaçaqmal gətirilməsinin qarşısını almaqdır. Bunun üçün HAMAS-ın hərbi infrastruktur obyektləri sıradan çıxarılmalıdır. Biz əmin olmalıyıq ki, artıq ölkəmizi və regionu HAMAS təhlükəsi gözləməyəcək. Bu məqsədlə ötən sutka ərazində HAMAS-ın sərhəddə quraşdırdığı hava hücumundan müdafiə vasitələrinin zərərsizləşdirilməsi üzrə əməliyyat keçirilib. Nəticədə sərhədyanı bölgədəki silah-sursat anbarlarının bir hissəsi sıradan çıxarılıb”.
Digər xəbərlər