Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva öz ərazisinin dərinliklərində zərbələr barədə iddiaları diqqətlə izləyir.
Qarabaginfo.az “Kommersant”a istinadən bildirir ki, Putin bu barədə Daşkənddə mətbuat konfransı zamanı deyib.
Rusiya prezideninin sözlərinə görə, NATO nə ilə oynadığını bilməlidir.
“Rusiyaya yüksək dəqiqlikli silahların tətbiqindən danışan Stoltenberq bilir ki, bu cür zərbələr Ukrayna hərbçilərinin iştirakı olmadan, yalnız kosmik vasitələrdən istifadə etməklə həyata keçirilə bilər”, – Putin mətbuat konfransında deyib.