Saytımızı qiymətləndirin


 
 

Ukraynada Ermənistana qarşı petisiya yaradıldı: Erməni diasporuna qarşı sanksiyaların tətbiqi tələb edilir
Tarix: 17-09-2021 | Saat: 20:31
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukraynada Ermənistana qarşı petisiya yaradıldı: Erməni diasporuna qarşı sanksiyaların tətbiqi tələb edilir

Ukraynda erməni diasporuna qarşı sanksiyaların tətbiq edilməsi tələb olunur.email sharing button
Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna prezidentinin rəsmi saytında sentyabrın 14 -dən etibarən petisiya açılıb. Belə ki, BMT Baş Assambleyasında “Rusiyanın maraqlarını dəstəkləmək üçün” Ukrayna əleyhinə mütəmadi səs verən Belarus və Ermənistan da daxil olmaqla bir sıra ölkələrə qarşı sanksiyaların tətbiqinə çağırışlar edilir.

Ermənistana qarşı petisiyanın təşəbbüskarlarından biri də Ukrayna Təhlükəsizlik Araşdırmaları İnstitutunun mütəxəssisi Aleksandr Kovalenkodur:

“Qeyd etmək istəyirəm ki, məhz Ukraynadakı diasporunun maliyyəsi hesabına Ermənistan öz büdcə gəlirlərini əhəmiyyətli şəkildə artırır. Belarusiyanın isə Ukrayna ilə yalnız ticarət balansı müsbətdir. Amma bu ölkələr Rusiyaya israrla dəstək verməyə davam edirlər” – deyə Kovalenko vurğulayıb.(Konkret.az)

 



Xəbəri paylaş

1246 dəfə oxunub.

Digər xəbərlər