Saytımızı qiymətləndirin


 
 

Paşinyan daha bir “qarabağlı mer”i həbs etdirdi - Ağdərənin “rəhbəri” İrəvanda qandallandı 
Tarix: 25-05-2024 | Saat: 10:26
Bölmə:Karusel | çapa göndər

Paşinyan daha bir “qarabağlı mer”i həbs etdirdi - Ağdərənin “rəhbəri” İrəvanda qandallandı 

 


"Sputnik Armenia" yazır: "Qarabağın digər şəhəri Ağdərənin (Martakertin) meri Ermənistanda saxlanılıb. Bu barədə vəkil Ruben Melikyan sosial şəbəkələrdə məlumat yayıb. Mişa Gyurjyan ötən gecə saxlanılıb". 

Qarabaginfo.az "Musavat"a istinadən əbər verir ki, bundan əvvəl də separatçı rejimin İrəvandakı qalıqlarının təmsilçiləri arasında həbs olunanlar var. Əskəranın qondarma "mer"i Hayk Şamiryan da iki gün əvvəl saxlanılmışdı. 

Erməni mediası onların həbsində siyasi kontekstin olmasını bildirir. İddialara görə Gyurjyan və Şamiryan bundan bir neçə gün əvvəl Qarabağdakı separatçı rejimin digər nümayəndələri ilə birlikdə “Vətən uğrunda Tavuş” hərəkatının lideri Baqrat Qalstanyanla görüşübmüş. 

Paşinyan hökuməti keşişə qoşulan sadə "qarabağlı"ları da dövlət yardımının kəsiləcəyi ilə hədələyib. 



Xəbəri paylaş

69 dəfə oxunub.

Digər xəbərlər