Ermənistan hakimiyyəti erməni apostol kilsəsinin əmlakını dövlət ehtiyacları üçün əlindən ala bilər.
Qarabaginfo.az xəbər verir ki, bunu parlamentdə keçirdiyi brifinqdə Baş nazir Nikol Paşinyanın “Mülki müqavilə” fraksiyasının katibi Artur Ovannisyan deyib.
“Erməni apostol kilsəsinin xüsusi statusu var. Lakin Ermənistanda baş verən demokratik və vergi dəyişikliklərini nəzərə alsaq, ölkəmizdə dövriyyədə olan maliyyə resursları kölgədən çıxmalıdır. Bəli, kilsənin bir sıra imtiyazları var, elə ərazilər var istifadə olunmur, dövlətin müxtəlif ehtiyacları üçün istifadə oluna bilər. Kilsə dövlətlə əməkdaşlıq etməli və kölgədən çıxmalıdır”.