Saytımızı qiymətləndirin


 
 

Fransanın Yeni Azərbaycan Partiyasına qarşı ittihamları absurddur
Tarix: 22-05-2024 | Saat: 15:29
Bölmə:Karusel / Siyasət | çapa göndər

YAP İdarə Heyətinin yeni üzvləri məlum olub - TAM SİYAHI - EKSKLÜZİV - YENİLƏNİB | Report.az

“Fransanın Xarici Rəqəmsal Müdaxilələrdən Müdafiə üzrə Dövlət Xidmətinin (VİGİNUM) Yeni Kaledoniya hadisələri ilə əlaqədar Yeni Azərbaycan Partiyasını sosial şəbəkələrdə saxta məlumatlar yaymaqda və sistemli qaralama kampaniyası aparmaqda ittiham etməsi absurd və qərəzli yanaşmadır”.

Qarabaginfo.az xəbər verir ki, Bu fikirləri YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli bildirib.

N.Qələndərli qeyd edib ki, Azərbaycan söz, fikir və ifadə azadlığının təmin edildiyi demokratik ölkədir: “Ölkənin aparıcı siyasi qüvvəsi – lider partiyası olan Yeni Azərbaycan Partiyasının fəaliyyət prinsiplərindən biri siyasi plüralizmdir. Yəni partiya üzvləri ictimai-siyasi məsələlərlə əlaqədar öz fikirlərini kütləvi informasiya vasitələrində və sosial mediada sərbəst ifadə edə, ölkə daxilində və beynəlxalq müstəvidə cərəyan edən istənilən hadisə və proseslərə münasibət bildirə bilərlər”.

Şöbə müdiri vurğulayıb ki, bu gün sosial medianın müxtəlif seqmentlərinə, xüsusilə də “X” və “facebook” platformalarına nəzər saldıqda Fransanın ondan 17 min kilometr uzaqda yerləşən Yeni Kaledoniyada mütərəqqi dünyanın sivil dəyərlərinə zidd olaraq həyata keçirdiyi neokolonialist siyasətinin müxtəlif ölkələrdən olan insanların tənqidinə məruz qaldığını, ciddi etiraz və narazılıqlarla qarşılandığını görürük: “Azərbaycan vətəndaşlarının, o cümlədən 700 mindən artıq insanı öz sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının üzvlərinin bu məsələ ilə əlaqədar fərdi münasibət bildirmələri də təbiidir. Bu, Fransa rəsmilərinin də siyasi leksikonunu “bəzəyən” demokratik dəyərlərə, o cümlədən söz və fikir azadlığına tamamilə uyğundur və hər hansı bir sistemli qara piar kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilə bilməz”.

“O ki qaldı YAP-ın rəsmi sosial şəbəkə hesablarında məsələ ilə əlaqədar paylaşımlar edilməsi iddiasına, bu, aşkar dezinformasiyadır və əsla həqiqətə uyğun deyil. Yeni Azərbaycan Partiyasının rəsmi sosial media hesablarında, iddia edildiyi kimi, Yeni Kaledoniya hadisələri ilə əlaqədar “separat xarakterli xəbərlər” və ya hər hansı bir saxta məlumat paylaşılmamışdır. Bu saxta iddianı – uydurma ittihamı tirajlayan bəzi KİV nümayəndələrini diqqətli olmağa, media və sosial şəbəkələrdə xəbər paylaşarkən jurnalistikanın dəqiqlik prinsipini əsas götürməyə və dezinformasiya yaymamağa çağırırıq”,- deyə Nurlan Qələndərli əlavə edib.



Xəbəri paylaş

142 dəfə oxunub.

Digər xəbərlər