Saytımızı qiymətləndirin


 
 

Azərbaycanla delimitasiya prosesi yaxşı keçdi - Armen Qriqoryan
Tarix: 17-05-2024 | Saat: 10:19
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Azərbaycanla delimitasiya prosesi yaxşı keçdi - Armen Qriqoryan

Hesab edirik ki, delimitasiya prosesi yaxşı keçdi. Ermənistan ərazisinin bir millimetri belə Azərbaycana verilməyib.

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində bildirib.


“İlk növbədə qeyd etmək istəyirəm ki, Ermənistan və Azərbaycanın çox mühüm razılaşma əldə edib, yəni Almatı Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası prosesinə bir prinsip kimi başlamaq, həmçinin hüquqi xəritələrin müəyyənləşdirilməsi... Delimitasiya prosesində sərhəd çəkilib, sərhəd xəttinin bu tərəfində Ermənistan, o biri tərəfində Azərbaycan ərazisi var”.

Qriqoryan erməniləri əmin edib ki, Tavuşun Voskepar kəndi ərazisindəki kilsə Azərbaycanın nəzarətinə keçməyib, Ermənistan ərazisində qalıb və sərhəd xətti kifayət qədər uzaqdır.

“Ərazilərə gəlincə, təbii ki, indiyədək həmin yerlərdə silahlı qüvvələr xidmət keçib və bu xidmət həyata keçirildiyi üçün orada mövqelər var idi. Kənd icmalarının hHəmin mövqelərdəki torpaqlara çıxışı yox idi. İndi silahlı qüvvələr bu mövqeləri tərk edəndə və sərhədçilər yerləşdiriləndə, bu ərazilər azad edilərək gündəlik işlərini yerinə yetirmək üçün kəndlilərin nəzarətinə veriləcək”, - Qriqoryan bildirib.

Təhlükəsizlik Şurasının katibi sərhədlərin delimitasiyası prosesinin uğurla getdiyini və digər sahələrdə də 1976-cı ilin xəritələrindən istifadə edilərək həyata keçiriləcəyini bildirib.



Xəbəri paylaş

150 dəfə oxunub.

Digər xəbərlər