Saytımızı qiymətləndirin


 
 

Bakıda “Ağ çiçəyim” gül mağazası yandı - Video+Yenilənib
Tarix: 16-05-2024 | Saat: 07:36
Bölmə:Karusel / Hadisə | çapa göndər

bakida-ag-ciceyim-gul-magazasi-yandi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğın olması barədə ilkin məlumat daxil olub.

Qarabaginfo.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

DİN-in Mətbuat Xidmətindən isə bildirilib ki, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb edilib. Təhlükəsizlik tədbirləri görülür.

***

Qarabaginfo.az xəbər verir ki, yanğın “Ağ çiçəyim” gül mağazasında başlayıb.

***

Yanğınla bağlı TƏBİB də məlumat yayıb.

Qurumdan bildirilib ki, saat 23:36-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğın olması barədə çağırış daxil olub.

Hadisənin miqyası nəzərə alınaraq, əraziyə 6 təcili tibbi yardım briqadası cəlb edilib.

Son məlumata görə, hadisə zamanı təcili tibbi yardıma xəsarət alan və zərərçəkənlərlə bağlı müraciət qeydə alınmayıb. 

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın məhdudlaşdırılıb. 

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. 

***

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, gül mağazasında baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb.

Qeyd olunub ki, həyata keçirilmiş tədbirlər sayəsində yanğının əraziyə bitişik yerləşən evlərə, o cümlədən çoxmərtəbəli yaşayış binasına, habelə geniş sahəyə yayılaraq digər obyektlərə keçməsinə imkan verilməyib.(Qafqazinfo)

 


 



Xəbəri paylaş

111 dəfə oxunub.

Digər xəbərlər