Saytımızı qiymətləndirin


 
 

Pakistanlı hərbçilərin Əfqanıstana səfəri ləğv olundu
Tarix: 13-05-2024 | Saat: 14:39
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Pakistanlı hərbçilərin Əfqanıstana səfəri ləğv olundu

Əfqanıstan hökuməti Pakistanın hərbi nümayəndə heyətinin mayın 12-də Qəndəhar şəhərinə planlaşdırılan səfərini ləğv edib.

Qarabaqinfo.az xarici KİV-ə istinadla xəbər verir ki, səfərin ləğvi Pakistan ordusunun mayın 12-də Əfqanıstanın Paktika əyalətinə endirdiyi raket zərbələri ilə bağlı ola bilər.

Nəşrin məlumatına görə, Kabil səfərin ləğvinin səbəblərini hələ ki, rəsmən açıqlamayıb. Nümayəndə heyəti Əfqanıstan kəşfiyyatının rəis müavini Molla Şirin Axundla “Təhrik-i-Taliban” qruplaşmasının Əfqanıstandakı fəaliyyəti və Pakistana hücumların qarşısının alınması məsələsini müzakirə etməli idi.

Xatırladaq ki, martın 18-də Pakistan Hərbi Hava Qüvvələri “Təhrik-i-Taliban” silahlılarının hərbi bazaya hücumuna cavab olaraq ilk dəfə qruplaşmanın Paktika və Xost əyalətlərindəki mövqelərinə hava zərbələri endirmişdi. Bazaya hücum nəticəsində 7 əsgər həlak olmuşdu.

Pakistanda hücumlar həyata keçirən “Təhrik-i-Taliban” qruplaşmasına Əfqanıstanın dəstəyi İslamabad və Kabil arasında münasibətləri korlayıb.



Xəbəri paylaş

153 dəfə oxunub.

Digər xəbərlər