Saytımızı qiymətləndirin


 
 

Mirzoyan erməni diplomatları və eks-nazirləri fərari adlandırdı
Tarix: 13-05-2024 | Saat: 14:26
Bölmə:Karusel / Dünya | çapa göndər

Mirzoyan erməni diplomatları və eks-nazirləri fərari adlandırdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəzi ermənmi diplomatların, o cümlədən Xarici İşlər Nazirliyinin keçmiş rəhbərlərinin Alma-Ata bəyannaməsinin Azərbaycanla sərhədlərin delimitasiyası üçün əsas ola bilməyəcəyi barədə fikirlərini şərh edib.

Qarabaqinfo.az xəbər verir ki, mayın 13-də İrəvanda ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq ilə birgə mətbuat konfransı zamanı Mirzoyan delimitasiyaya qarşı çıxan erməni diplomatları və eks-xarici işlər nazirlərini fərari adlandırıb:
 

“Qeyd etdiyiniz təcrübəli diplomatlar Ermənistan Respublikasının suveren ərazisində hərbi toqquşma baş verən günlərdə öz postlarını, səngərlərini tərk etmiş fərarilərdir. Bu məsələni dedikdən sonra həmin şəxslərə, onların mövqelərinə münasibətdə zərrə qədər ciddi ola bilmərəm. Bu, ən yumşaq qiymətləndirmədir. Amma reallıq bundan da pisdir. Bu insanlar Almatı bəyannaməsini və ona əsaslanan sülh prosesini hədəfə almaqla Ermənistan Respublikasının suverenliyini, dövlətçiliyini və ərazi bütövlüyünü hədəfə alırlar. Ən yaxşı halda, istəmədən, ən pis halda başqa ölkənin diktəsi ilə”, - deyə Mirzoyan iradını yekunlaşdırıb.

Xatırladaq ki, Ermənistanın keçmiş xarici işlər nazirləri Vardan Oskanyan və Ara Ayvazyan Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edən kütləyə qoşulublar.


 



Xəbəri paylaş

164 dəfə oxunub.

Digər xəbərlər