Ana Sayfa > Karusel / Dünya > Mirzoyan erməni diplomatları və eks-nazirləri fərari adlandırdı
Mirzoyan erməni diplomatları və eks-nazirləri fərari adlandırdı13-05-2024, 14:26. Yazar: Admin |
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəzi ermənmi diplomatların, o cümlədən Xarici İşlər Nazirliyinin keçmiş rəhbərlərinin Alma-Ata bəyannaməsinin Azərbaycanla sərhədlərin delimitasiyası üçün əsas ola bilməyəcəyi barədə fikirlərini şərh edib. “Qeyd etdiyiniz təcrübəli diplomatlar Ermənistan Respublikasının suveren ərazisində hərbi toqquşma baş verən günlərdə öz postlarını, səngərlərini tərk etmiş fərarilərdir. Bu məsələni dedikdən sonra həmin şəxslərə, onların mövqelərinə münasibətdə zərrə qədər ciddi ola bilmərəm. Bu, ən yumşaq qiymətləndirmədir. Amma reallıq bundan da pisdir. Bu insanlar Almatı bəyannaməsini və ona əsaslanan sülh prosesini hədəfə almaqla Ermənistan Respublikasının suverenliyini, dövlətçiliyini və ərazi bütövlüyünü hədəfə alırlar. Ən yaxşı halda, istəmədən, ən pis halda başqa ölkənin diktəsi ilə”, - deyə Mirzoyan iradını yekunlaşdırıb. Geri dön |