Saytımızı qiymətləndirin


 
 

Putin “kəllə” adlandırılan professoru niyə müdafiə naziri təyin etdi?  Qərb yeni naziri nə üçün sevmir?
Tarix: 13-05-2024 | Saat: 10:51
Bölmə:Karusel / Region | çapa göndər

Vladimir Putinin professor Andrey Belousovu Rusiyanın müdafiə naziri təyin etməsi Rusiya gündəminin əsas sensasiyası sayılır.

Putin niyə məhz bu şəxsi seçib?

Belousov Rusiya Baş nazirinin birinci müavini (21 yanvar 2020-ci il – 7 may 2024-cü il), Rusiya Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi (24 iyun 2013-cü il—21 yanvar 2020-ci il), Rusiya iqtisadi inkişaf naziri (21 may 2012-ci il—24 iyun 2013-cü il) olub.

O, Rusiya Elmləri Akademiyasının müxbir üzvüdür. İqtisad elmləri doktoru, Rusiya Federasiyasının 1-ci dərəcəli dövlət müşaviridiir.

Belousov 9 iyun 2022-ci ildən Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən yüksək rütbəli məmur və Putinin yaxın çevrəsinin üzvü kimi Qərbin və Ukraynanın sanksiyaları altındadır.

O, 2022-ci il dekabrın 15-dən Rusiyanın maliyyə sektoruna qarşı ABŞ-ın, 27 yanvar 2023-cü ildən Yaponiyanın, Kanadanın sanksiya siyahısına daxil edilib. 19 may 2023-cü ildə o, “Rusiya Dəmir Yolları”nın direktorlar şurasının sədri kimi Britaniya sanksiyalarına məruz qalıb. 20 iyul 2023-cü il tarixindən etibarən o, “Rusiyanın Ukraynaya qanunsuz işğalını birbaşa və ya dolayısı ilə dəstəkləməkdə oynadığı rola” görə Avstraliya tərəfindən sanksiyaya məruz qalıb.

 

Qarabaginfo.az bildirir ki, hərbi şərhçi, Rusiya Müdafiə Nazirliyinin yanında İctimai Şuranın üzvü, polkovnik Viktor Baranets bu təyinatı “Komsomolskaya Pravda”ya şərh edib.

Ekspertin sözlərinə görə, Putin Belousovu uzun illərdir ki, tanıyır. Onu hökumətdə, Prezident Administrasiyasında və onun iqtisadi məsələlər üzrə köməkçisi olarkən fəaliyyətini görüb. Andrey Belousovun bir çox ideya və təklifləri Nazirlər Kabineti və Kreml tərəfindən bəyənilib və həyata keçirilib.

Hökumət üzvləri onu öz aralarında “Kəlləli strateq” adlandırırlar. Ona bələd olan adamlar deyirlər ki, Belousov zamanın tələb etdiyi yenilikləri duymaqda xüsusi istedada malikdir. Bu baxımdan Prezidentin mətbuat katibi Dmitri Peskovun Müdafiə Nazirliyinin innovasiyalara və qabaqcıl ideyalara daha açıq olması barədə sözlərinə xüsusi diqqət yetirməyə dəyər.

Burada aydın işarələr var. Rusiya hərbi idarəsi təəssüf ki, PUA -ların kütləvi istehsalı və ona qarşı mübarizə vasitələri ilə bağlı qabaqcıl ideyalara “qapıları açmağa” gecikib. Ukrayna müharibəsi başlayandan sonra bu tam çılpaqlığı ilə üzə çıxdı.

İqtisadçı Belousov ordu da daxil olmaqla ölkə sənayesini yaxşı tanıyır. Bu, şübhəsiz ki, ona Müdafiə Nazirliyi ilə hərbi sənaye kompleksi arasında daha güclü “körpülər” qurmağa imkan verəcək.

İqtisadçı Belousov həmçinin “dövlətin pullarını” necə hesablamağı yaxşı bilir – o, son illərdə bütün dövlət büdcələrinin hazırlanmasında iştirak edib. Müdafiə Nazirliyi isə külli miqdarda pul xərcləməli olacaq: 2026-cı ildə ordu bir milyon yarıma çatmalıdır: yeni korpus və diviziyalar formalaşdırmalı, müqaviləli əsgərlərin sayını artırmalı, işdən çıxarılan on minlərlə hərbçini daimi yaşayış yeri ilə təmin etməli, yeni silah və hərbi texnika almalıdır.

Bunun üçün isə bütün xərclər iqtisadiyyatı, büdcə siyasətini dərindən bilən , Kremlin tam etibar etdiyi adamın ciddi nəzarəti altında aparılmalıdır.

Putin onun namizədiyi barədə düşünərkən bütün bunları nəzərə alıb. Bundan əlavə, Belousov uzun müddət prezidentə ən sadiq adamlardan biri hesab olunurdu.

Putin niyə peşəkar hərbçini deyil, sırf mülki şəxsi müdafiə naziri təyin etdi?

Rus xalqı arasında çoxdan belə bir fikir formalaşıb ki, silahlı qüvvələrin rəhbəri çoxlu xidmət keçmiş hərbi geyimli şəxs olmalıdır. Bu yanlış təsəvvürdür. Dünya təcrübəsində bu gün bir çox xarici ordulara sırf mülki insanlar rəhbərlik edir, onların arasında demək olar ki, onlarla qadın var. Bu qadınlar işin öhdəsindən gəlirlər.

Burada vacib olan, ilk növbədə, boyundakı ağıllı başdır, çiyinlərdə bəzəkli poqonların olması deyil.

Ən vacib olan isə budur: Müdafiə naziri sırf hərbi deyil, ilk növbədə siyasi-inzibati vəzifədir. Hakimiyyət orqanları və hərbi-sənaye kompleksi ilə əlaqə saxlamaq, orduya pul “qoparmaq”, onun sosial problemlərini həll etmək, onu geyim və yeməklə təmin etmək nazirin vəzifələrinin kiçik bir hissəsidir. Baş Qərargah qoşunların operativ nəzarətinə, strategiya və taktikaların işlənib hazırlanmasına, əməliyyat və təlimlərin planlarına cavabdehdir. Ona təcrübəli peşəkar döyüşçü rəhbərlik etməlidir.
Bir sıra mənbələr deyirlər ki, Belosovun gəlişi ilə Müdafiə Nazirliyi iqtisadi auditlə üzləşəcək.

Deyirlər ki, Belousov həm də kilsəyə dərin inamla bağlı pravoslav insandır. Kilsə iyerarxları ona Sarov və Diveyevo monastırlarına göstərdiyi köməyə görə ürəkdən təşəkkür ediblər.



Xəbəri paylaş

145 dəfə oxunub.

Digər xəbərlər