Saytımızı qiymətləndirin


 
 

Putin və Paşinyan Rusiya hərbçilərinin "Zvarnots" aeroportu ilə bərabər Azərbaycanla sərhəddəki məntəqələri tərk etməsini razılaşdırıblar 
Tarix: 09-05-2024 | Saat: 13:17
Bölmə:Karusel / Siyasət | çapa göndər

Putin və Paşinyan Rusiya hərbçilərinin "Zvarnots" aeroportu ilə bərabər Azərbaycanla sərhəddəki məntəqələri tərk etməsini razılaşdırıblar - YENİLƏNİB

Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında və Azərbaycanla sərhəddəki məntəqlərdə fəaliyyətinin dayandırılması ilə bağlı razılaşmanın əldə olunması xəbəri təsdiqlənib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan parlamentində “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Konjoryan "Facebook" hesabında bildirib.

"Əldə edilən razılaşmaya əsasən, 44 günlük müharibə zamanı və ondan sonra Tavuş, Sünik, Vayots Dzor, Qeqarkunik, Ararat marzedə yerləşən Rusiyanın sərhəd qoşunları və hərbi məntəqələri fəaliyyətini dayandıraraq həmin məntəqələrdən çıxacaq. Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında fəaliyyətinin dayandırılması barədə qərar da ən yüksək səviyyədə təsdiqlənib", Ermənistan rəsmisi bildirib.

Qeyd edək ki, Rusiya sərhədçiləri 44 günlük müharibədən sonra, Ermənistan Baş naziri Nikol Paşinyanın daha sonra elan etdiyi kimi, mandat və razılaşma olmadan Tavuş və Sünikdə yeni bazalar yaradıblar.***

01:33

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə Rusiya hərbçilərinin bundan sonra "Zvartnots" hava limanında xidmət aparmayacaqları barədə razılıq əldə olunub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın bəzi “Telegram” kanallarında məlumat yayılıb.

Bildirlib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar uğurla nəticələnib.

Bundan əlavə, Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri Syunik, Vayots Dzor, Geqarkunik, Ararat, Tavuşdakı məntəqələri tərk edəcəklər.



Xəbəri paylaş

152 dəfə oxunub.

Digər xəbərlər