Saytımızı qiymətləndirin


 
 

Lənkəranda birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra kimliyi müəyyən edilən şəhidlə vida mərasimi keçirilir - FOTO
Tarix: 08-05-2024 | Saat: 14:13
Bölmə:Karusel / Sosial | çapa göndər

Lənkəranda birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra kimliyi müəyyən edilən şəhidlə vida mərasimi keçirilir - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Habil Oruc oğlu İsmayılovun qalıqları ailəsinə təhvil verilib.

, şəhidlə Lənkəran rayonunun Kərgəlan kəndində vida mərasimi keçirilir. Vida mərasimində şəhidin yaxınları, kənd sakinləri, rayonun rəhbər şəxsləri, şəhid ailələri, qazi və veteranlar iştirak edir.

Şəhid Habil İsmayılovun qalıqları Kərgəlan kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən Habil Oruc oğlu İsmayılovun Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib. 1975-ci il təvəllüdlü Habil İsmayılov 18 yaşında, 1993-cü ildə həqiqi hərbi xidmətə yola düşüb. Füzuli və Xocavənd rayonlarının Horadiz, Şişqaya istiqamətində gedən döyüşlərdə iştirak edib. Sonuncu dəfə 1993-cü ilin dekabr ayında ailəsi ilə görüşüb. 1994-cü ilin yanvar ayının 27-dən itkin düşüb.(Apa)



Xəbəri paylaş

136 dəfə oxunub.

Digər xəbərlər