Saytımızı qiymətləndirin


 
 

Rusiya Baş Qərargah rəisinin müavini HƏBS EDİLDİ
Tarix: 23-05-2024 | Saat: 11:10
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya Baş Qərargah rəisinin müavini HƏBS EDİLDİ

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Vadim Şamarin saxlanılıb.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə məlumatı "Kommersant" qəzeti yayıb.

 

Silahlı Qüvvələrin Rabitə Baş İdarəsinin rəisi, general-leytenant Vadim Şamarin saxlanılması barədə xəbəri hüquq-mühafizə orqanlarındakı mənbə təsdiqləyib.

 

Məlumata görə, generalın evində dələduzluq iddiası ilə bağlı cinayət işi üzrə axtarış aparılıb. Şamarin dindirilmək üçün Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə aparılıb.

 

Qeyd edək ki, 2020-ci ildə Baş Qərargah rəisinin sabiq müavini Xəlil Arslanov silahlı qüvvələrə texnikanın verilməsində dələduzluq və korrupsiya faktları ilə bağlı həbs edilib.

 

Bundan əvvəl Rusiya müdafiə nazirinin müavini Timur İvanov və Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov saxlanılaraq həbs ediliblər.



Xəbəri paylaş

177 dəfə oxunub.

Digər xəbərlər