Tarix: 28-04-2024 | Saat: 23:15
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycanla Ermənistanın delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsidir.
Qarabaginfo.az Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığında deyib.
Dövlət başçısı delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb.
Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan Respublikası olduğunu xatırladan Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edib.
Digər xəbərlər