Saytımızı qiymətləndirin


 
 

İvanişvili qalmaqallı qanuna dəstək aksiyasına şəxsən qatılacaq
Tarix: 24-04-2024 | Saat: 12:48
Bölmə:Karusel / Region | çapa göndər

İvanişvili qalmaqallı qanuna dəstək aksiyasına şəxsən qatılacaq - YENİLƏNİB

 

Milyarder Bidzina İvanişvili aprelin 29-da Tiflisdə "Gürcü arzusu" mitinqində şəxsən çıxış etməyi planlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, bunu GSAC müstəqil analitik mərkəzinin rəhbəri Nodar Xarşiladze "Palitra News"a bildirib.

 

Xarşiladzenin sözlərinə görə, “xarici agentlər” haqqında qanunu yenidən gündəmə gətirmək təşəbbüsü şəxsən qeyri-hökumət təşkilatlarını zəiflətmək istəyən İvanişvilidən gəlib. İvanişvili İsveçrənin "Credit Suisse" bankındakı pulunun dondurulmasının səbəblərindən biri kimi QHT tərəfindən aparılan antikorrupsiya araşdırmalarını görür.

 

Bildirilib ki, Aİ-yə gəlincə, hakim partiya başa düşür ki, onlar hələ də “9 addımı” yerinə yetirməyəcəklər - üzvlük danışıqlarında gələcək irəliləyiş üçün şərtlərdən söhbət gedir. Artıq Gürcüstanla bağlı rəyin mənfi olacağı gözlənilirdi. Belə ki, bu işdə hakim partiyanın məntiqi belə idi ki, seçkilərə üç həftə qalmışdansa, indi neqativ almaq daha yaxşıdır.



Xəbəri paylaş

171 dəfə oxunub.

Digər xəbərlər