Saytımızı qiymətləndirin


 
 

Qırğızıstan Prezidenti Qarabağa GƏLƏCƏK
Tarix: 23-04-2024 | Saat: 10:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Qırğızıstan Prezidenti Qarabağa GƏLƏCƏK

Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 24-25-də Azərbaycanda rəsmi səfərdə olacaq.

 

Qarabaqinfo.az xəbər verir ki, Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev səfərin detalları açıqlayıb.

 

O qeyd edib ki, səfər çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır.

 

 

“Səfər çərçivəsində Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli danışıqlar aparacaq. Onlar ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari məsələlərini, həmçinin gələcək inkişaf və səmərəli qarşılıqlı fəaliyyətin qurulması perspektivlərini müzakirə edəcəklər”, - Azımbakiyev deyib.

 

Dövlətlərarası Şuranın iclası da nəzərdə tutulub. Japarov Ağdamın Xıdırlı kəndində orta məktəbin təməlqoyma mərasimində iştirak edəcək.

 

Qeyd edək ki, sözügedən məktəb Qırğızıstanın maliyyəsi ilə inşa ediləcək. "Qırğızıstanın sülh və quruculuq prosesinə dəstəyi təqdirəlayiqdir, habelə Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəb bu dəstəyin bariz nümunəsidir",- xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev ilə görüşdə bildirib.



Xəbəri paylaş

147 dəfə oxunub.

Digər xəbərlər