Saytımızı qiymətləndirin


 
 

Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, bir pilot ölüb - FOTO - VİDEO
Tarix: 19-04-2024 | Saat: 11:19
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, bir pilot ölüb - FOTO - VİDEO

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.

Qarabaginfo.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğrayan Tu22M3-ün ekipaj üzvlərindən biri ölüb, iki ekipaj üzvü sağdır, xəstəxanada müalicələri davam etdirilir.

Məlumatı diyarın qubernatoru təsdiqləyib.

Hazırda 4-cü ekipaj üzvünün axtarışları davam edir.

***

08:48

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol vilayətində qəzaya uğrayıb.

Qarabaginfo.az xəbər verir ki, ilkin məlumatlara görə, təyyarə Krasnoqvardeyski rayonu ərazisindəki əkin sahəsinə düşüb.

Hadisə nəticəsində ölən və yaralıların olmadığı bildirilir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, pilotlar katapult əməliyyatını həyata keçiriblər, 3 ekipaj üzvü axtarış-xilasetmə qrupu tərəfindən təxliyyə edilib, hazırda daha bir pilotun axtarışı aparılır.

İlkin məlumatlara görə, qəzaya səbəb texniki nasazlıq olub

Onlar xəstəxanaya aparılıb.



Xəbəri paylaş

120 dəfə oxunub.

Digər xəbərlər