Tarix: 19-04-2024 | Saat: 10:28
Bölmə:Karusel / Dünya | çapa göndər
“İrana hər hansı raket hücumu olmayıb”.
Qarabaginfo.az xəbər verir ki, bunu “Reuters” agentliyinə adı açıqlanmayan iranlı məmur bildirib.
Onun sözlərinə görə, İsfahan vilayətində qeydə alınan partlayışlar İranın Hava Hücumundan Müdafiə vasitələrinin işinin nəticəsi olub.
Bununla da o, ölkə ərazisinə raket hücumunun olmadığını iddia edib.
Digər bir iranlı məmur isə “France-Presse” agentliyinə açıqlamasında ölkə ərazisində obyektlərə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilə biləcəyini qeyd edib.
Xatırladaq ki, bu gün dünya mediasında İsrailin İrana raket zərbəsi endirdiyi barədə məlumat yayılıb. Kəhcəvaristan şəhərində partlayış olduğu bildirilib. Sözügedən şəhərin yaxınlığında isə hava limanı və İran Hərbi Hava Qüvvələrinin bazası yerləşir.
Digər xəbərlər