Saytımızı qiymətləndirin


 
 

İranın hücumundan sonra İsrail Qəzzada quru əməliyyatını təxirə salıb
Tarix: 15-04-2024 | Saat: 20:38
Bölmə:Karusel / Dünya | çapa göndər

İranın hücumundan sonra İsrail Qəzza zolağının cənubundakı Rəfahda quru əməliyyatına başlamaq planlarını təxirə salıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə CNN iki israilli mənbəyə istinadən xəbər verir.

Qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələri bazar ertəsi günü Rəfah bölgəsinə vərəqələr atmağı planlaşdırırdı. Bu əraziyə 1 milyondan çox insanın sığınıb.

Lakin İsrail İranın hücumuna cavabını düşündüyü üçün bu planları dayandırıb.

Ötən həftə İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) Rəfah əməliyyatının başlama tarixi artıq razılaşdırılıb.



Xəbəri paylaş

139 dəfə oxunub.

Digər xəbərlər