Tarix: 01-10-2020 | Saat: 11:21
Bölmə:Karusel / Siyasət | çapa göndər
Mən bu sətirləri yazarkən BMT Təhlükəsizlik Şurası Azərbaycan və Ermənistanı dərhal hərbi əməliyyatları dayandırmağa və konstruktiv danışıqlara qayıtmağa çağırdı.
Maraqlıdır, Təhlükəsizlik Şurasının 27 il əvvəl qəbul etdiyi dörd qətnamənin təməl şərtlərinin hamısı eynidir: münaqişə tərəflərinin silahlı döyüş əməliyyatlarının artmasını dayandırmaq, bütün döyüş əməliyyatlarını və düşmənçilik hərəkətlərini dərhal dayandırmaq, işğalçı qüvvələrin Kəlbəcər bölgəsindən və Azərbaycanın işğal olunmuş digər bölgələrindən dərhal çıxarılmasını təmin etmək.
Təhlükəsizlik Şurası o zamanlar da əlaqədar tərəfləri münaqişəni həll etmək üçün dərhal danışıqları davam etdirməyə çağırdı. Hansılar ki, hələ də həyata keçirilməyib, hərbi əməliyyatlar isə vaxtaşırı fərqli güclə davam etdirildi. Son toqquşmalar yenidən dünya ictimaiyyətinin diqqətini çəkdi.
İlk öncə qeyd etmək istəyirəm ki, Azərbaycan heç bir santimetr xarici əraziyə müdaxilə etmir.
Bu gün bizi yenidən danışıqlara çağırdılar. Ancaq danışıqlar 1994-cü ildən bəri davam edir və hələ də heç bir nəticə yoxdur. Üstəlik, zənnimcə, bəzi hadisələr və şərtlər danışıqları mənasız edir. Paşinyanın “Qarabağ Azərbaycandır və nöqtə” tərzində səsləndirdiyi bəyanatını xatırlayın.
O, hətta bunun Sovet dövründə olduğunu unutdu. Amma Azərbaycan və Ermənistan müstəqillik qazandıqdan sonra əvvəllər erməni çoxluğu adlandırılan, Ermənistanla birləşməyi arzulayan Dağlıq Qarabağ "xalqı"nın müstəqillik ssenarisi oynanılmağa başlandı.
Türkiyənin münaqişəyə müdaxiləsinə gəldikdə isə sizi əmin edirəm: Azərbaycanda türk hərbi bazaları, türk əsgərləri və zabitləri yoxdur və ən əsası “suriyalılar” və ya başqa bir könüllü və muzdlu yoxdur.
Ermənistan ərazisi üzərində türk qırıcısı tərəfindən erməni təyyarəsinin vurulması barədə məlumatlar sadəcə gülüncdür, çünki yaxşı məlumdur ki, belə bir vəziyyətdə vurulan təyyarənin qalıqları göstərilir.
Silah məsələsinə gəldikdə, sizi əmin edirəm: Azərbaycan da silahları İsrail, Çexiya və təbii ki, Rusiyadan alır. Üstəlik, tam qiymətə.
Azərbaycan döyüşə hazır müasir bir ordu yaratdı və biz özümüz də bu vəzifənin öhdəsindən gələcəyik - torpaqlarımızı azad etmək və Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələb etdiyini praktik olaraq həyata keçirmək.
Digər xəbərlər