Tarix: 10-04-2024 | Saat: 13:30
Bölmə:Karusel / Dünya | çapa göndər
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ separatçılarını dövlət çevrilişinə cəhddə ittiham edib.
Qarabaqinfo.az-ın məlumatına görə, Paşinyan bu gün parlamentdə bildirib ki, “Dağlıq Qarabağ”ın bir qrup nümayəndəsi Ermənistanda hakimiyyəti ələ almağa ümid edirmiş:
““Ermənistanda hakimiyyəti ələ keçirəcəyik" deyə düşünürdülər”.
Paşinyan bunu “Hayastan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan ittihamlarına cavab verərkən deyib.
Ohanyan soruşub ki, “nə üçün “Dağlıq Qarabağın seçilmiş hökuməti”nin olması Paşinyan üçün təhlükə yaradır?
Paşinyanın sözlərinə görə, əllərində qondarma “Dağlıq Qarabağ liderləri”nin nələr etdiyini göstərən materiallar var.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında qondarma “Artsax hökuməti”ni Ermənistanın təhlükəsizliyinə təhdid yaratmaqda ittiham etmişdi.
Digər xəbərlər