Finlandiya hökuməti Rusiya ilə sərhədinin bağlanmasını sonrakı xəbərdarlığa qədər uzadıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
“Hökumət Finlandiya ilə Rusiya arasında quru sərhədindəki keçid məntəqələrinin 2024-cü il aprelin 15-dən bağlı qalmasına qərar verib”, – məlumatda bildirilib.
Bundan başqa, aprelin 15-dən Xaapasaari, Nuiyama limanı və Santiodakı dəniz nəzarət-buraxılış məntəqələri əyləncə gəmiləri üçün bağlanacaq. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu, dəniz yolu ilə qeyri-qanuni miqrasiyanın qarşısının alınması üçün ediləcək.