Saytımızı qiymətləndirin


 
 

Nə baş verir: Lekornu Şoyquya zəng edib, ağladı...
Tarix: 04-04-2024 | Saat: 11:38
Bölmə:Karusel / Dünya | çapa göndər

Paris təşvişə düşüb. Nəsə baş verib. Nə? Yoxsa Makrona müdafiə nazirinə təcili Moskvaya zəng etmək əmri verməyə məcbur edən məlumat daxil olub? Ötən gün Fransanın təcili müraciəti əsasında Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə fransalı həmkarı Sebastyan Lekornu arasında telefon danışığı olub. Lekornu “Krokus Siti Holl” konsert zalında baş vermiş terror aktı ilə əlaqədar başsağlığı verib. Eyni zamanda o, israrla Ukrayna və Qərb ölkələrinin terror aktında iştirak etmədiyinə inandırmağa çalışaraq məsuliyyəti İŞİD-in üzərinə atıb.

Qarabaginfo.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko ötən gün Fransa müdafiə naziri Sebastyan Lekornunun rusiyalı həmkarı Sergey Şoyquya telefon zəngi barədə deyib.

“Şoyqu isə vurğulayıb ki, “Krokus Siti Holl”da baş verən terror aktı ilə bağlı başlanmış istintaq yekunlaşacaq və bütün günahkarlar cəzalandırılacaq. Rusiyalı nazir qeyd edib ki, terror aktının təşkilində Ukrayna izinin olması ilə bağlı məlumatlar var: “Kiyev rejimi Qərb kuratorlarının razılığı olmadan heç nə etmir. Ümid edirik ki, bu işin arxasında Fransa kəşfiyyat xidmətləri dayanmır”.

Yelisey sarayının Ukraynaya fransız kontingentinin göndərilməsi ilə bağlı bəyanatlarına gəlincə, Şoyqu bildirib ki, bu, praktiki olaraq həyata keçirilərsə, Fransanın özü üçün problemlər yaradacaq. Ukrayna üzrə dialoqa hazır olduqları qeyd olunub. Başlanğıc nöqtələri İstanbul Sülh Təşəbbüsünə əsaslana bilər. Rusiyanın iştirakı olmadan Cenevrədə görüşün keçirilməsi mənasızdır.

Necə oldu ki, təkəbbür fransızlardan bu qədər tez yox oldu, müharibə ilə hədələdilər, sonra birdən Moskvaya zəng vurdular və ağladılar. Onlara nə və hansı kanallarla çatdırılıb?” - o bildirib.

 



Xəbəri paylaş

135 dəfə oxunub.

Digər xəbərlər