Saytımızı qiymətləndirin


 
 

“Azərkosmos” 45 ölkəyə 3 mln. dollar dəyərində xidmət ixrac edib
Tarix: 03-04-2024 | Saat: 10:37
Bölmə:Karusel / Dünya | çapa göndər

“Azərkosmos” 45 ölkəyə 3 mln. dollar dəyərində xidmət ixrac edib

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 45 ölkəsinə 3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 77 faizini təşkil edib. 2024-cü ilin fevral ayında isə “Azərkosmos” dünyanın 41 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Qarabaginfo.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın mart sayına əsasən xəbər verir ki, 2024-cü ilin yanvar-fevral ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 886,1 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 650,3 min ABŞ dolları ilə Lüksemburq, 219,1 min ABŞ dolları ilə BƏƏ, 139,1 min ABŞ dolları ilə Pakistan və 135,4 min ABŞ dolları ilə Almaniya qərarlaşıb.

2024-cü ilin yanvar-fevral aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 372,2 milyon manat, yalnız fevral ayında isə 184,3 milyon manat dəyərində əməliyyat aparılıb.(Apa)



Xəbəri paylaş

138 dəfə oxunub.

Digər xəbərlər