Tarix: 29-03-2024 | Saat: 12:30
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
2024-cü ilin ilk iki ayında Azərbaycan xarici ölkələrdən ümumi dəyəri 2.4 milyard dollardan çox idxal həyata keçirib.
Qarabaqinfo.az-ın Dövlət Gömrük Komitəsinin məlumatlara əsasən apardığı hesablamalara görə, xaricdən idxal edilən məhsullar arasında avtomobil, elektrik aparatları, avadanlıqlar vә onların hissәlәri, həmçinin yeyinti məhsulları, qara metallar və digər məhsullar üstünlük təşkil edib.
Belə ki, Azərbaycan yanvar-fevral aylarında xarici ölkələrdən 527.6 milyon dollarlıq maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar vә onların hissәlәri idxal edib. Bu ümumi idxalın 21.6 faizini təşkil edir.
Ölkəmizə idxal olunan yeyinti məhsullarına 378 milyon dollar pul xərclənib. İlin ilk iki ayında Azərbaycana 63 milyon dollarlıq meyvə və tərəvəz, 31 milyon dollarlıq buğda idxal olunub.
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana 17.4 milyon dollar dəyərində 8 min tondan çox ət idxal olunub. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə ət idxalında artım müşahidə edilib. Belə ki, Azərbaycan 2023-cü ilin ilk ayında 12 milyon dollarlıq 8 min tona yaxın ət idxal edib.
Nəqliyyat vasitələri və onların hissələrinin idxalında azalma qeydə alınıb. Ötən ilin ilk iki ayında ölkəmizə 454 milyon dollarlıq nəqliyyat vasitələri idxal edilibsə, bu il bu rəqəm 328 milyon dollar olub.
Ölkəyə gətirilən geyim әşyaları vә geyim üçün lәvazimatlar da artıb. 2023-cü ildə ölkəyə gətirilən 44 milyon dollarlıq geyim məhsulları bu il 50 milyon dollara yaxın olub.
İdxal olunan əsas mallar aşağıdakılardır:
İdxal edilən malın adı |
Dəyəri (milyon dollarla) |
Әt |
17.4 |
Süd vә qaymaq |
3 |
Kәrә yağı vә süddәn hazırlanmış digәr yağlar |
15.6 |
Tәrәvәz vә meyvә |
63 |
Çay |
8.9 |
Buğda |
31 |
Qarğıdalı |
3.2 |
Düyü |
15.3 |
Bitki vә heyvan mәnşәli piylәr vә yağlar |
37.8 |
Tütün vә tütün mәmulatları |
17 |
Әczaçılıq mәhsulları |
79 |
Gübrәlәr |
8.8 |
Plastmassa vә onlardan hazırlanan mәmulatlar |
77 |
Oduncaq vә ondan hazırlanan mәmulatlar |
56.6 |
Geyim әşyaları vә geyim üçün lәvazimatlar |
50 |
Qara metallar vә onlardan hazırlanan mәmulatlar |
181 |
Maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar vә onların hissәlәri |
527.6 |
Nәqliyyat vasitәlәri vә onların hissәlәri |
327.9 |
Mebel vә onun hissәlәri |
19.3 |
Digәrlәri |
724 |
Digər xəbərlər