Saytımızı qiymətləndirin


 
 

“Krokus”dakı terrorun təşkilatçıları Orta Asiyada da hücum hazırlayıbmış
Tarix: 25-03-2024 | Saat: 11:02
Bölmə:Karusel / Dünya | çapa göndər

“Krokus Siti Holl”da törədilən terror aktının arxasında duran mütəşəkkil dəstə Orta Asiya ölkələrindən birində də hücum hazırlayıbmış, lakin onun qarşısı alınıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “İzvestiya” mənbələrə istinadən yazıb.

“Rusiya paytaxtında törədilən terror aktına gəlincə, onun iştirakçılarını çətin ki, mütəşəkkil terror təşkilatı adlandırmaq olar. O, heç bir struktur çərçivəsində mövcud olmayıb, sözün əsl mənasında terror aktından bir neçə həftə əvvəl formalaşıb”, – mənbə bildirib.

Onun sözlərinə görə,terakt iştirakçılarından ikisi Türkiyəyə gedərkən təlimat alıb, qalanları isə Rusiya ərazisində işə götürülüb. Üstəlik, bunun üçün əvvəllər radikal islama bağlılığı məlum olmayan şəxslər seçilib ki, xüsusi xidmət orqanlarının öz agentləri, ekspertlər şəbəkəsi ilə hazırlıq mərhələsində terror aktının qarşısını almaq daha çətin olsun.

“İstintaqda mövcud olan ilkin məlumatlar göstərir ki, “Krokus”da terror aktını törədənlər təxminən 3-4 həftə əvvəl görüşüblər və bundan əvvəl ictimai məkanda, sosial şəbəkələrdə radikal islamçı qruplarla əlaqələri barədə heç bir sübut buraxmayıblar”, – o vurğulayıb.



Xəbəri paylaş

160 dəfə oxunub.

Digər xəbərlər
1-05-2020, 15:03 "Şüşəgöz"