Saytımızı qiymətləndirin


 
 

Bu il Xocalı və Xankəndiyə köçün hansı qaydada həyata keçiriləcəyi məlum olub 
Tarix: 21-03-2024 | Saat: 12:37
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Bu il Xocalı və Xankəndiyə köçün hansı qaydada həyata keçiriləcəyi məlum olub - EKSKLÜZİV

Bu il həm də Xocalı və Xankəndiyə məcburi köçkünlər köçürüləcək.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Qarabaginfo.az-a bildirilib ki, 2024-cü ildə Xocalı şəhəri və rayonun Malıbəyli kəndinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə həmin yerlərdən məcburi köçkün düşmüş şəxslərin köçürülməsi nəzərdə tutulub.

Hazırda Dövlət Komitəsinin aidiyyəti struktur bölməsi tərəfindən 2024-cü ildə köçürülməsi nəzərdə tutulan məcburi köçkün ailələri, eləcə də adıçəkilən ərazilərdə qeydiyyatda olan məcburi köçkünlərin sorğusu həyata keçirilir.

Qeyd edilib ki, doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlər görülür, əhali arasında məlumatlandırma, təbliğat işləri aparılır, köçürülmənin texniki-təşkilati məsələləri həll olunur.

Xocalı şəhəri və rayonun Malıbəyli kəndinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə həmin yerlərdə qeydiyyatda olan məcburi köçkünlər işğaldan əvvəl yaşadıqları və işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamamilə yenilənmiş, eyni zamanda yenidən inşa edilən bütün zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə məskunlaşacaqlar.

Yenidən inşa edilən mənzillərə köçürülmə ilə bağlı siyahı ilk növbədə qəzalı və ağır şəraitdə, yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində yaşayan ailələr arasından seçilir və onların yerləşdirilməsində obyektivlik və şəffaflıq püşkatma yolu ilə təmin edilir.

 

 



Xəbəri paylaş

1179 dəfə oxunub.

Digər xəbərlər