Saytımızı qiymətləndirin


 
 

“Rusiyaya lazımi cavabı verməsək, növbə bizə gələcək”- ŞARL MİŞEL
Tarix: 19-03-2024 | Saat: 14:55
Bölmə:Karusel / Dünya | çapa göndər

Avropa İttifaqı ölkələri öz iqtisadiyyatlarını müharibə vəziyyətinə uyğunlaşdırmalı və Ukraynanın Rusiya üzərində qələbəsini təmin etmək üçün mümkün olan hər şeyi etməlidir.

Qarabaginfo.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib.

“Rusiya qitəmizə və qlobal təhlükəsizliyə ciddi hərbi təhdid yaradır. Əgər biz Avropa İttifaqı olaraq lazımi cavabı verməsək və Ukraynaya kifayət qədər yardım göstərməsək, növbə bizə gələcək”, – Mişel deyib.

O, Avropa ölkələrini iqtisadiyyata yanaşmalarını yenidən nəzərdən keçirməyə və müdafiə məsələlərini birinci yerə qoymağa çağırıb.

“Biz müdafiəyə hazır olmalı və “müharibə iqtisadiyyatı” rejiminə keçməliyik. Təhlükəsizliyimiz üçün məsuliyyət daşımağın vaxtıdır. Biz artıq başqalarına arxalana, ABŞ-da və ya başqa yerdə seçkilərin nəticələrindən asılı ola bilmərik”, – Mişel qeyd edib.



Xəbəri paylaş

1107 dəfə oxunub.

Digər xəbərlər
10-05-2021, 11:59 Sabahın hava proqnozu