Saytımızı qiymətləndirin


 
 

Odessada PARTLAYIŞ - Ölənlər və yaralananlar var
Tarix: 15-03-2024 | Saat: 15:44
Bölmə:Karusel / Dünya | çapa göndər

Odessada PARTLAYIŞ - Ölənlər və yaralananlar var

Ukraynanın Odessa şəhərində bir neçə partlayış baş verib.

 

Qarabaqinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər həyatını itirib, bəziləri ağır yaralanıb.

 

İlkin məlumata görə, raketlərdən biri şəhərin cənubundakı yaşayış binasına düşüb və yanğın başlayıb. Zərərçəkənlərin sayı dəqiqləşdirilir.

 

Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, xilasetmə xidmətləri yerində işləyir. O, həmçinin yazıb ki, zərbələrdən biri nəticəsində ilk partlayışdan sonra zərərçəkənlərə kömək etməyə gələn təcili yardımdan feldşer və xilasedici həlak olub.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

 


Xəbəri paylaş

163 dəfə oxunub.

Digər xəbərlər