Saytımızı qiymətləndirin


 
 

Pişiyi təpikləyib öldürən şəxs yenidən MƏHKƏMƏ QARŞISINDA
Tarix: 14-03-2024 | Saat: 11:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Pişiyi təpikləyib öldürən şəxs yenidən MƏHKƏMƏ QARŞISINDA

İstanbulun Başakşehir bölgəsində Yeni il gecəsi binada Eros adlı pişiyi öldürən İbrahim Keloğlanın yenidən məhkəmə prosesi keçirilib.

 

Qarabaqinfo.az  BBC-yə istinadən xəbər verir ki, məhkəmə əvvəlcə İbrahim Keloğlanı 3 il müddətinə azadlıqdan məhrum edib.

 

Daha sonra Keloğlanın 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi və ona səfər qadağasının qoyulması qərara alınıb. Bu qərarla şübhəli Keloğlan həbsxanaya getməyəcək. Məhkəmə iclasınaa heyvan hüquqları müdafiəçiləri böyük maraq göstərib.

 

Erosun öldürülməsindən sonra İbrahim Keloğlanın azadlığa buraxılmasına qərar verilib. Qərar sosial mediada reaksiya alandan sonra ədliyyə naziri Yılmaz Tunç işə yenidən baxılacağını açıqlayıb. Yenidən məhkəmə prosesini izləyən vəkil İlke Acarın sözlərinə görə, İbrahim Keloğlan müdafiə çıxışında bunları deyib: "Mən cinayət maşını deyiləm. Bunu bir anlıq qəzəblə etdim".

 

 

"Müttəhim pişik qaçsa da, israrla arxasınca düşüb, onu amansız bir şəkildə vəhşi bir hisslə öldürüb. Bütün sübutlara uyğun olaraq müttəhimə yuxarı həddinə yaxın cəza verilməsini və həbs olunmasını xahiş edirəm", - məhkəmədə ifadə olunub.

 

Ədliyyə naziri Yılmaz Tunç qərara münasibət bildirib: "Təqdim olunan cəza Heyvanların Qorunması Qanunu çərçivəsində bu günə qədər verilən ən yüksək cəzadır. Hər canlının yaşamaq hüququ müqəddəsdir. Dəyərli dostlarımıza qarşı hər cür pis rəftara qarşı durmağa davam edəcəyik".

 

Digər tərəfdən, heyvan hüquqları müdafiəçiləri və müxalifət partiyalarının nümayəndələri qərara reaksiya veriblər. Türkiyə Fəhlə Partiyasının (TİP) sədri Erkan Baş bildirib: "Eros üçün ədalət" naminə səsimizi ucaltmaq indi bizim ən əsas borcumuzdur! Bunun ört-basdır edilməsinə səssiz qalmayacağıq, ədalət və sülh üçün, Eros üçün mübarizəmizi davam etdirəcəyik."

 

İbrahim Keloğlanın həbsi üçün başladılan və 300 mindən çox imza toplayan Change.org Türkiyə kampaniyası "Qərara etiraz ediləcək, həbs kampaniyası davam edəcək" mesajını paylaşıb.

 

 

Hadisəyə gəlincə, İbrahim Keloğlan Yeni il gecəsi İstanbul Başakşehirdə yaşadığı binada liftdə gördüyü Eros adlı pişiyi təpikləyib, qaçmağa çalışan pişiyin dalınca düşərək onu öldürüb. Keloğlanın pişiyə qarşı zorakılıq etdiyi anlar binanın təhlükəsizlik kameralarına da əks olunub. Bunun ardınca prokurorluq Keloğlan haqqında istintaq başladıb və 6 aydan 4 ilə qədər həbs tələbi ilə məhkəməyə müraciət edib.

 

Özünün də pişiyi olduğunu deyən Keloğlan müdafiəsində "stressə düşdüyünü", "özünü itirib pişiyi öldürdüyünü" və "peşman olduğunu" deyib. Fevralın 8-də məhkəmə onu “ev heyvanını qəsdən öldürmək” ittihamı ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Daha sonra məhkəmə 3 aylıq azaltma tətbiq edib.

 

Məhkəmə işin nəticəsi olaraq, Keloğlanın heç vaxt məhkum edilmədiyini nəzərə alaraq, “bir daha cinayət törətməyəcəyinə dair müsbət rəy var” əsası ilə hökmün elan edilməsini təxirə salıb və onun azadlığa buraxılmasına qərar verib. Təxliyə qərarı sosial mediada böyük reaksiyaya səbəb olub.

 

Bunun ardınca fevralın 21-də ədliyyə naziri Yılmaz Tunç İbrahim Keloğlanla bağlı işə yenidən baxılacağını açıqlayıb. Hər canlının yaşamaq haqqının müqəddəs olduğunu vurğulayan nazir Erosun fotosunu da paylaşdığı mesajında ​​heyvanlara qarşı pis davranışlara qarşı olacaqlarını bildirib.



Xəbəri paylaş

191 dəfə oxunub.

Digər xəbərlər