Saytımızı qiymətləndirin


 
 

Nüvə silahını istifadə etməyə hazırıq - Putin
Tarix: 13-03-2024 | Saat: 11:20
Bölmə:Karusel / Dünya | çapa göndər

Nüvə silahını istifadə etməyə hazırıq - Putin

 

Rusiya prezidenti Vladimir Putin martın 15-17-də keçiriləcək və ona daha 6 il hakimiyyətdə qalmağa səbəb olacağı dəqiqləşən seçkilər ərəfəsində RİA agentliyinə və “Rossiya-1” televiziyasına geniş müsahibə verib.

 

Qarabaginfo.az xəbər verir ki, Putin müsahibədə bir neçə önəmli məsələlərə toxunub.

 

“Hərbi-texniki baxımdan biz, əlbəttə ki, hazırıq. ABŞ-da Rusiya-Amerika münasibətləri və strateji təmkin sahəsində kifayət qədər mütəxəssis var. Ona görə də düşünmürəm ki, burada hər şey nüvə qarşıdurmasına doğru gedir, amma biz buna hazırıq. Silahlar onlardan istifadə etmək üçün mövcuddur. Bizim öz prinsiplərimiz var”, - deyə Putin ölkənin nüvə müharibəsinə hazır olub-olmaması ilə bağlı suala cavab verib.

 

Bununla belə, Putin bildirib ki, Rusiya 2022-ci ilin fevralından bəri münaqişənin davam etdiyi Ukraynada heç vaxt nüvə silahından istifadə ehtiyacı ilə üzləşməyib: "Kütləvi qırğın silahlarından istifadə etmək nəyə lazımdır? Heç vaxt belə ehtiyac olmayıb. ABŞ nüvə sınaqları keçirsə, Rusiya da eyni şeyi edə bilərdi. Bu, lazım deyil... biz hələ də bu barədə düşünməliyik, lakin mən eyni şeyi edə biləcəyimizi istisna etmirəm".



Xəbəri paylaş

138 dəfə oxunub.

Digər xəbərlər